Главная > Hadisə / Manset > Şirvan sakini daşla qətlə yetirilib

Şirvan sakini daşla qətlə yetirilib


25-08-2022, 21:34. Разместил: admin
Şirvanda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində baş verib.

Daşqın adlı şəxs münaqişə zəminində qəsəbə sakini, 1969-cu il təvəllüdlü Kamran Qocayevi daşla vuraraq qətlə yetirib. O, hadisə yerindən qaçıb. Həmin şəxsin saxlanması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.
Вернуться назад