Главная > Hadisə / Manset > Oğuzda dağlıq ərazilərdəki yanğın söndürülüb - VİDEO

Oğuzda dağlıq ərazilərdəki yanğın söndürülüb - VİDEO


25-08-2022, 10:13. Разместил: admin
Oğuz rayonunda dağlıq ərazilərdə baş verən yanğın söndürülüb.

“Report”un əldə etdiyi məlumata görə, yanğın avqustun 24-də rayonun Muxas və Baş Daşağıl kəndlərindəki yüksək dağlıq ərazilərdə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi həyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunub.

Gecə saatlarında yanğın söndürülüb.


Вернуться назад