Главная > Hadisə / Manset > Bakıda çoxmərtəbəli binada yanğın başlayıb

Bakıda çoxmərtəbəli binada yanğın başlayıb


23-08-2022, 16:58. Разместил: admin
Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində çoxmərtəbəli binada (yaşayış yoxdur) yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunublar.
Вернуться назад