Главная > Hadisə / Manset > Şəkidəki yanğın nəzarətə götürüldü

Şəkidəki yanğın nəzarətə götürüldü


23-08-2022, 12:33. Разместил: admin
Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazisində baş verən yanğın artıq nəzarətə götürülüb.

Oxu.Az-ın məlumatına görə, yanğın tam söndürülməsə də, genişlənməsinin qarşısı alınıb.

Qeyd edək ki, yanğın ötən gün gündüz saatlarında başlayıb, onun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikaları, 60 nəfər canlı qüvvəsi, Mülki Müdafiə Qoşunlarının 30 nəfər şəxsi heyəti, aviasiya dəstəsinin iki ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 100-ə yaxın əməkdaşı cəlb edilib.
Вернуться назад