Главная > Hadisə / Manset > Magistral yolda avtomobil piyadanı vurub öldürdü

Magistral yolda avtomobil piyadanı vurub öldürdü


7-08-2022, 17:46. Разместил: admin
Goranboyda piydanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən Gəncə şəhər sakini 1947-ci il təvəllüdlü Mirzə Kazımovu vurub. Piyada hadisə yerində ölüb.

Məlumata görə, hadisəni törədən sürücü ərazidən qaçıb.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад