Главная > Hadisə / Manset > Tərtərdə qardaş bacısını küçədə öldürdü

Tərtərdə qardaş bacısını küçədə öldürdü


14-07-2022, 19:22. Разместил: admin
İyulun 14-ü saat 13 radələrində Tərtər-Şıxarx yolunun kənarında 1982-ci il təvəllüdlü Leyla Mustafayeva öldürülüb.

Tərtər rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Leyla Mustafayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Вернуться назад