Главная > Hadisə / Manset > Şəmkirdə yaşlı qadın sirkə turşusu içərək ölüb

Şəmkirdə yaşlı qadın sirkə turşusu içərək ölüb


12-07-2022, 10:41. Разместил: admin
Şəmkirdə 62 yaşlı qadın sürkə turşusu içərək ölüb.

APA xəbər verir ki, hadisə şəhərin 17-ci küçəsində qeydə alınıb.

Kəlbəcər rayon sakini, 1960-ci il təvəllüdlü Zenfira Zeynalova zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qadına zəruri tibbi yardım göstərilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olamayıb.

Qadının hansı səbəbdən sirkə turşusu içərək özünü öldürməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Вернуться назад