Главная > Hadisə / Manset > Qəbələdə dəhşətli QƏZA: Ata öldü, oğlu xəsarət aldı

Qəbələdə dəhşətli QƏZA: Ata öldü, oğlu xəsarət aldı


16-06-2022, 17:00. Разместил: admin
Qəbələdə avtomobil ağaca çırpılıb, ata ölüb, oğlu xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Nic qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Oğuz rayonunun Kərimli kənd sakini, 1994-cü il təvəllüdlü Pərvin Əlövsət oğlu Əskərovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün atası, 1963-cü il təvəllüdlü Bəylər Əlövsət oğlu Əskərov hadisə yerində ölüb. Qəza zamanı 28 yaşlı P.Əskərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад