Главная > Hadisə / Manset > Bakıda kişi baldızı tərəfindən bıçaqlandı

Bakıda kişi baldızı tərəfindən bıçaqlandı


12-05-2022, 10:43. Разместил: admin
Bakının Qaradağ rayonunda bıçaqlanma baş verib.

"Azadsəs.az" xəbər verir ki, ailə məişət zəmnində baş verən bıçaqlanma Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Əli Həsənov yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı o qarnının ön divarından bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.
Вернуться назад