Главная > Hadisə / Manset > Boliviyada 500 kiloqram kokain daşıyan helikopter qəzaya uğradı

Boliviyada 500 kiloqram kokain daşıyan helikopter qəzaya uğradı


6-05-2022, 23:41. Разместил: admin
Boliviyanın Santa Kruz departamentində içərisində 500 kiloqram kokain olan helikopter qəzaya uğrayıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə “Pagina Siete” yazıb.

“Helikopter Santa Kruz departamentinin San İqnasio de Velasko bölgəsində qəzaya uğrayıb. Təyinat yeri çox güman ki, Braziliya idi”, - portal qeyd edir.

Hadisə zamanı iki ekipaj üzvü yaralanaraq xəstəxanaya çatdırılıb. Baş Prokurorluq onların hər ikisini həbs edib.
Faktla bağlı araşdırma aparılır.


Вернуться назад