Главная > Hadisə / Manset > Özünü binadan atan məktəbli qızın üzərinə düşdüyü şəxs gömrük işçisi imiş - YENİLƏNİB

Özünü binadan atan məktəbli qızın üzərinə düşdüyü şəxs gömrük işçisi imiş - YENİLƏNİB


4-05-2022, 18:21. Разместил: admin
İntihar edən məktəbli qızı xilas etməyə çalışan 37 yaşlı Zahid Niyazov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

Azadsəs.az xəbər verir ki, o, Komitənin Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşıdır.


O, hazırda müalicəsini Dövlət Gömrük Komitəsinin hospitalında davam etdirir.

Faktı Azadsəs.az-a Dövlət Gömrük Komitəsindən (DGK) təsdiq ediblər.

12:40

Bakıda özünü binadan ataraq intihar edən məktəbli qızı xilas etməyə çalışan kişinin hansı xəsarətlər aldığı məlum olub.

Azadsəs.az xəbər verir ki, 37 yaşlı Zahid Niyazov xəstəxanaya daxil olarkən onda sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması aşkarlanıb.

Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra ailəsinin təkidi ilə o, özəl klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilir.

10:40

Mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atması ilə bağlı məsələ Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırılıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.

Eyni zamanda, hadisə zamanı X.Babayevanın üzərinə düşdüyü və xəsarətlər alaraq xəstəxanaya yerləşdirilən Zahid Niyazovun vəziyyəti açıqlanıb.

Bu barədə Azadsəs.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.

O bildirib ki, hazırda xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilir:

“Xəsarət alan Zahid Niyazov 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Lakin, ailəsinin iltizamnaməsi əsasında o, paytaxtdakı özəl xəstəxanalardan birinə köçürülüb”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atması ilə bağlı məsələ araşdırılıb.

Bildirilib ki, ilkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.

Qeyd edək ki, hadisə ötən gün paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb. 11-ci sinif şagirdi 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Bir gün öncə Xumarın doğum günü olub. Hadisə zamanı qız aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşüb. Nəticədə o, ağır xəsarətlər alıb. Bakı Şəhər Baş Prokurorluğunda faktla bağlı araşdırmalar başlayıb.
Вернуться назад