Главная > Hadisə / Manset > Hindistanda 25 nəfər istidən öldü
Hindistanda 25 nəfər istidən öldü4-05-2022, 09:16. Разместил: admin |
Hindistanın Maharaştra əyalətində havanın temperaturu son altı ilin ən yüksək səviyyəsinə çatıb. Məlumata görə, həddindən artıq istilər nəticəsində son həftədə 25 nəfər ölüb. Səhiyyə Nazirliyi bildirib ki, 2022-ci ildə may ayının əvvəlinə kimi 381 günvurma halı qeydə alınıb. Qeyd edək ki, aprelin 28-də Hindistanın paytaxtı Dehlidə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. Ölkənin şərqindəki Odişa əyalətində məktəblər bir həftə bağlanıb. Bəzi bölgələrdə havanın temperaturu 45 dərəcəni ötüb. Вернуться назад |