Главная > Hadisə / Manset > Dördüncü mərtəbədən yıxılan doqquz yaşlı qız autizm xəstəsi imiş - YENİLƏNİB
Dördüncü mərtəbədən yıxılan doqquz yaşlı qız autizm xəstəsi imiş - YENİLƏNİB3-05-2022, 15:52. Разместил: admin |
Xəbər verdiyimiz kimi, Mingəçevirdə 9 yaşlı qız 4-cü mərtəbədən yıxılıb. Hadisə Vaqif Abdullayev 6 ünvanında yerləşən beşmərtəbəli binada baş verib. Təcili tibbi yardım şöbəsinin həkimi Arzu Əliyevanın Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, dördüncü mərtəbədən yıxılan və autizm xəstəsi olan Dəniz Hüseynli ağır kəllə beyin travması alıb, sağ baldır sümüyü sınıb, göz nahiyəsindən müxtəlif xəsarətlər alıb. İlkin tibbi yardım alan yaralı komotoz vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. 14:45 Mingəçevirdə doqquz yaşlı qız dördüncü mərtəbədən yıxılıb. Bizim.Media-nın məlumatına görə, hadisə Vaqif Abdullayev 6 ünvanında yerləşən beşmərtəbəli binada baş verib. Diqqətdən kənarda qalan doqquz yaşlı Hüseynli Dəniz Tərlan qızı binanın dördüncü mərtəbəsinin eyvanından yıxılaraq yerə çırpılıb. Təcili xəstəxanaya çatdırılan az yaşlı uşağın durumu ağır olaraq qiymətləndirilir. Вернуться назад |