Главная > Hadisə / Manset > İnsan alveri ilə məşğul olan 67 yaşlı qadına ağır cəza verildi

İnsan alveri ilə məşğul olan 67 yaşlı qadına ağır cəza verildi


28-04-2022, 14:40. Разместил: admin
Azərbaycanlı qadınları Türkiyəyə apararaq onları cinsi istismara məruz qoyan 67 yaşlı şəxs həbs edilib.

“Azadsəs.az”ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl Qəbələ rayon sakini olan 2 qadın hüquq-mühafizə orqanlarına müraciət edərək, digər rayon sakini olan 1955-ci il təvəllüdlü Q.Qədirovanın onları aldadaraq Türkiyəyə apardığını və orada cinsi istismara məruz qoyduğunu bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri (İnsan alveri - iki və ya daha çox şəxs barəsində törədildikdə; təkrar törədildikdə; dövlət sərhədindən keçirməklə törədildikdə) ilə iş açılıb.

İşə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Q.Qədirova qeyd edilən cinayətlərdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca həbs edilib.
Вернуться назад