Главная > Hadisə / Manset > Qazaxda bədbəxt hadisə: Partlayışda yeniyetmə bacı-qardaş yaralandı

Qazaxda bədbəxt hadisə: Partlayışda yeniyetmə bacı-qardaş yaralandı


23-04-2022, 20:52. Разместил: admin
Qazaxda bədbəxt hadisə baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Quşçu Ayrım kəndində qeydə alınıb.

İlkin məlumatlara görə, bacı-qardaş ərazidə mal-qara otaran zaman hələ ki dəqiq bilinməyən partlayıcı aşkarlayıblar. Oğlan onu yerə çırpan zaman kiçik partlayış baş verib.

Xəsarət alanlar 2010-cu il təvəllüdlü Nuriyev Cavad Mikayıl oğlu və onun bacısı, 2008-ci il təvəllüdlü Nuriyeva Nabad Mikayıl qızıdır. N.Nuriyevanın vəziyyəti normal, digərinin vəziyyəti isə kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.
Вернуться назад