Главная > Hadisə / Manset > Azərbaycanlı kişi Türkiyədə parkda arvadını güllələdi

Azərbaycanlı kişi Türkiyədə parkda arvadını güllələdi


22-04-2022, 10:41. Разместил: admin
Türkiyədə azərbaycanlı kişi boşanmaq üzrə olduğu arvadını güllələyib.

“Azadsəs.az” “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə ötən gecə Trabzonun Ortahisar rayonundan baş verib.

Məlumata görə, 34 yaşlı Elvin Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayeva ilə uşaqlarının ona göstərilməməsinə görə mübahisə edib. Bu zaman əlini silaha atan Elvin, belindən çıxardığı tapança ilə Turanənin başından atəş açıb. Qadın hadisə yerində ölüb.

Arvadını öldürən Elvin, polisə təslim olub.

Qeyd olunur ki, Elvin Umayev 10 il əvvəl Azərbaycanda həbsxanaya düşüb, 4 ay öncə isə azadlığa çıxıb.
Вернуться назад