Главная > Hadisə / Manset > Bakıda məktəbli küçədə anasını qətlə yetirdi - Yenilənib

Bakıda məktəbli küçədə anasını qətlə yetirdi - Yenilənib


20-04-2022, 15:52. Разместил: admin
Bakıda küçədə qadın qətlə yetirilib.

“Azadsəs.az”ın məlumatına görə, hadisə bu gün saat 12 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsində qeydə alınıb.

35-40 yaşlı qadın küçədə öldürülüb. İlkin məlumata görə, onu oğlu bıçaqlayaraq qaçıb.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı saytımıza təsdiqləyib.

***

Qətlə yetirilən qadının Ülviyyə İsmayılova olması müəyyən edilib. Onu qətlə yetirən oğlu, 2007-ci il təvəllüdlü Aydın (şərti) isə tutularaq istintaqa təhvil verilib.
Вернуться назад