Главная > Hadisə > Bakının ən iri su anbarında yanğın

Bakının ən iri su anbarında yanğın


11-06-2020, 12:16. Разместил: azadses
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir. 
Azad Səs-in məlumatına görə, bu barədə FHN-dən məlumat verilib.
Yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.
Bu səhər Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub. 
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Вернуться назад