Главная > Hadisə / Manset > Zaqatalada kişi arvadını və özünü öldürdü - Yenilənib

Zaqatalada kişi arvadını və özünü öldürdü - Yenilənib


17-04-2022, 12:51. Разместил: admin
Zaqatala rayonunda iki nəfər qətlə yetirilib.

"Azadsəs.az"ın məlumata görə, hadisə səhər saatlarında rayonun Yuxarı Çardaqlar kəndində baş verib.

İlkin məlumata görə, bir qadın və bir kişi öldürülüb.

Hazırda hüquq mühafizə orqanları hadisə yerində araşdırma aparır.

***

Zaqatalada kişi arvadının boğazını kəsərək qətlə yetirib, sonra eyni üsulla özünü öldürüb.

İlkin məlumata görə, kənd sakini 1985-ci il təvəllüdlü Qılman Həsənov həyat yoldaşı, 1985-ci ildə anadan olmuş Həsənova Xavər Şamil qızının boğazını kəsərək qətlə yetirib, daha sonra intihar edib.

Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

***

Zaqatala rayon prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.

Aprelin 17-si Zaqatala rayonu, Çardaxlar kəndi ərazisində 1985-ci il təvəllüdlü Qılman Həsənov və Xavər Həsənovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla Xavər Həsənovanın əri Qılman Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Xavər Həsənovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra özünə həmin alətlə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.
Вернуться назад