Главная > Hadisə / Manset > Ukraynada daha bir dəmiryolu stansiyası atəşə tutuldu

Ukraynada daha bir dəmiryolu stansiyası atəşə tutuldu


11-04-2022, 16:00. Разместил: admin
Aprelin 10-dan 11-nə keçən gecə Rusiya qoşunları Ukraynanın şərqində dəmiryolu stansiyasını atəşə tutub.

“Azadsəs.az” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Dəmir Yolları”nın (“Ukrzaliznıtsa”) rəhbəri Aleksandr Kamışin açıqlayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində 5 lokomotivə zərər dəyib. Xəsarət alan və ölən olmayıb.

Xatırladaq ki, aprelin 8-i Rusiya qoşunlarının Ukraynanın Donetsk vilayətində Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində 50 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.
Вернуться назад