Главная > Hadisə / Manset > Rusiyada yaşayış binasında partlayış - 2 ölü, 7 yaralı

Rusiyada yaşayış binasında partlayış - 2 ölü, 7 yaralı


11-04-2022, 14:43. Разместил: admin
Rusiyanın Moskva vilayətində Stupino şəhərində yaşayış binasında partlayış olub.

“Azadsəs.az” “RBK” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb.

İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər həlak olub, daha 7 nəfər isə yaralanıb.

Bildirilir ki, partlayışa səbəb qaz sızması olub. Partlayışdan sonra binada yanğın baş verib.

Hadisə yerinə 20 texnika cəlb olunub. İnsidentlə bağlı araşdırma aparılır.
Вернуться назад