Главная > Hadisə / Manset > Bakıda çoxmərtəbəli binada yanğın söndürüldü - YENİLƏNİB

Bakıda çoxmərtəbəli binada yanğın söndürüldü - YENİLƏNİB


4-04-2022, 12:51. Разместил: admin
Bakı şəhərinin Nərimanov rayonunda baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xətai prospekti 38 ünvanında çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Mənzil yanğından mühafizə olunub.

12:27

Bakıda yaşayış binasında yanğın başlayıb.

Oxu.Az-ın məlumatına görə, yanğın paytaxtın Xətai prospektində yerləşən binalardan birində qeydə alınıb.
Вернуться назад