Главная > Hadisə / Manset > Partlayışda yaralanan üç nəfər evə buraxıldı - Yenilənib

Partlayışda yaralanan üç nəfər evə buraxıldı - Yenilənib


3-04-2022, 17:39. Разместил: admin
Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət almış, 1 nəfər vəfat edib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.

Xəsarət alan digər şəxslər ambulator yardım alaraq buraxılıblar.

Son məlumata görə, xəsarət alan şəxslərdən Nərimanov Tibb Mərkəzində müalicə alan 2 nəfər Mərkəzin həkimləri tərəfindən müayinə olunub, ilkin tibbi müdaxilədən sonra vəziyyətləri qiymətləndirilərək evə buraxılmalarına icazə verilib.

Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır.

İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir.

Seneqal vətəndaşı Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.

***

TƏBİB-dən bildirib ki, ilkin tibbi xidmət göstərilib, buraxılanlardan əlavə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha bir nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

Bununla da, gün ərzində stasionar müalicəyə qəbul olunub, müalicə olunaraq, ambulator müalicə üçün evə buraxılan xəsarət alanların sayı 3-ə çatıb.
Вернуться назад