Главная > Hadisə > Bakıda şadlıq sarayında yanğın olub

Bakıda şadlıq sarayında yanğın olub


27-03-2022, 21:19. Разместил: admin
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 900 m² (hər mərtəbəsi 450 m²) olan ikimərtəbəli şadlıq sarayının mətbəxində havatəmizləyici qurğunun mühərriki və içərisində yağ qalıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Azadsəs.az"a verilən məlumata görə, şadlıq sarayı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Вернуться назад