Главная > Hadisə > Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini saxlanılıb

Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini saxlanılıb


29-05-2020, 11:10. Разместил: azadses

Azad Səs-in məlumatına görə, Zaqatala Rayon Polis Şöbəsinə rayonun Əliabad qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkmişin qonşusu Əli Rəsulov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, oğurladığı qızılları rayonda yerləşən qızıl-zinət mağazasına satıb və əldə etdiyi pulu öz əyləncəsi üçün xərcləyib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Вернуться назад