Главная > Hadisə / Manset > Güclü qar bir ailəni evsiz qoydu - Fotolar

Güclü qar bir ailəni evsiz qoydu - Fotolar


25-03-2022, 19:03. Разместил: admin
Güclü qar Şamaxıda​ bir ailəni evsiz qoyub.

“Azadsəs.az”ın məlumatına görə, hadisə Şamaxının Qızmeydan kəndində, kənd sakini Cəbrail Cəbiyevə məxsus yeni tikilmiş ikimərtəbəli​ yaşayış evində baş verib.

Belə ki ,bu gün ev sahibləri evdə olduğu vaxt qarın ağırlığına tab gətirməyən tikilinin dam örtüyü uçub, ev qəzalı vəziyyətə düşüb.

Hadisə zamanı evin ikinci​ mərtəbəsi tamamilə dağılıb, bircinci mərtəbəsində​ yeni təmir olunmuş​ otaqlara ziyan dəyib. Otaqların divarlarındə çatlar yaranıb. Evin tavanı, döşəməsi və evin içindəki​ əşyalar suyun altında qalıb.

Hadisə zamanı​ xəsarət alan olmayıb.




Вернуться назад