Главная > Hadisə / Manset > Qar uçqunu Quba-Xınalıq yolunu bağladı - FOTO

Qar uçqunu Quba-Xınalıq yolunu bağladı - FOTO


25-03-2022, 13:20. Разместил: admin
Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

“Report”un məlumatına görə, təbiət hadisəsi yolun 36-cı km-də qeydə alınıb.

Güclü külək nəticəsində meydana gələn uçqun nəticəsində yol bağlanıb. Nəticədə Xınalıq-Quba, həmçinin əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin növbəsi yaranıb.

Yol təsərrüfatının bərpası üçün 5 saylı Yol İstismar MMC-nin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

Вернуться назад