Главная > Hadisə > 61 yaşlı piyadanı maşın vurdu

61 yaşlı piyadanı maşın vurdu


22-03-2022, 08:30. Разместил: admin
Göygöldə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

"Azadsəs.az" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılca kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Alim Tağıyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Вернуться назад