Главная > Hadisə > Bakıda yol qəzasında 5 nəfər öldü

Bakıda yol qəzasında 5 nəfər öldü


26-05-2020, 10:58. Разместил: azadses
Qaradağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub. 
Azad Səs-in məlumatına görə, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə zamanı "Saipa"nın sürücüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüb. 
Yaralılar:
1984-cü il təvəllüdlü Ramil Gülhəsən oğlu Əliyev,
1991-ci il təvəllüdlü Azər Mürvət oğlu Musazadə. 
Yaralılar Bakıdakı xəstəxanalardan birinə çatdırılıblar. 

Вернуться назад