Главная > Hadisə / Manset > Oğuzda ağır yol qəzasında bir ailənin üç üzvü yaralanıb - FOTO

Oğuzda ağır yol qəzasında bir ailənin üç üzvü yaralanıb - FOTO


9-03-2022, 10:42. Разместил: admin
Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Kərimli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Lada-2110” markalı avtomobillə Ceyhun Süleymanovun idarə etdiyi “Vaz-21015” markalı avtomobil toqquşub.

Qəza zamanı Ceyhun Süleymanov, onun həyat yoldaşı və övladı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.





Вернуться назад