Главная > Hadisə > Bələdiyyə sədrinin qardaşı həmyerlisini güllələdi

Bələdiyyə sədrinin qardaşı həmyerlisini güllələdi


23-02-2022, 17:36. Разместил: admin
İmişli rayonunda güllələnmə hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən "Azadsəs.az"a bildirilib ki, rayon polis şöbəsinə fevralın 22-də Bəhrəmtəpə qəsəbə sakini X.İbrahimovun tüfənglə Buludlu kənd sakini N.Xankişiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

X.İbrahimov saxlanılıb və ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, X.İbrahimovun Bəhrəmtəpə qəsəbə bələdiyyəsinin sədri İman İbrahimovun qardaşı olduğu bildirilir.
Вернуться назад