Главная > Hadisə > Şəkidə avtomobil aşdı, yaralılar var - Fotolar

Şəkidə avtomobil aşdı, yaralılar var - Fotolar


19-02-2022, 21:14. Разместил: admin
Şəkidə avtomobil qəzası olub.

"Azadsəs.az"ın məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Honda" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



Вернуться назад