Главная > Hadisə / Manset > Zəncirvari qəza törədən qadın hadisə yerindən qaçdı - Fotolar

Zəncirvari qəza törədən qadın hadisə yerindən qaçdı - Fotolar


19-02-2022, 19:43. Разместил: admin
Yevlaxda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

“Azadsəs.az”ın məlumatına görə, hadisə rayonun Salahlı kəndində qeydə alnıb. Qadın sürücünün idarəetdiyi "BMW" markalı maşın idarəetmədən çıxaraq "VAZ 2107" və "VAZ 2114" markalı avtomobillərə toqquşub. BMW-nin sürücüsü qəzadan sonra hadisə yerindən qaçıb.

Qəza zamanı müxtəlif bədən xəsarərləri alan Mingəçevir sakinləri, 1980-ci il təvəllüdlü Cəfərov Qəzənfər Zaur oğlu və 1988-ci il təvəllüdlü Məcidov Hüseyn Sahib oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Вернуться назад