Главная > Hadisə / Manset > Bir ailənin həlak olduğu qəzanın görüntüləri - Video

Bir ailənin həlak olduğu qəzanın görüntüləri - Video


18-02-2022, 15:51. Разместил: admin
Dünən Qusarda dəfnə gedən ata, ana və azyaşlı övladının ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb.

“Azadsəs.az” xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində “Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində sürücü, 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, onun həyat yoldaşı Fidan və 2021-ci il təvəllüdlü oğulları Həmzə hadisə yerində ölüb.


Həmin gün Qusarda bir ailənin 5 üzvü - 1987-ci il təvəllüdlü Rusif Şıxov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların üç azyaşlı övladları - 2012-ci il təvəllüdlü Osman, 2013-cü il təvəllüdlü Süməyya və 2017-ci il təvəllüdlü İmarə dəm qazından boğularaq vəfat ediblər.

Qəzada ölən Fidan dəm qazından boğulan Əminənin bacısı imiş.


Вернуться назад