Главная > Hadisə / Manset > Qəbələdə bazarda yanğın - Yenilənib

Qəbələdə bazarda yanğın - Yenilənib


13-02-2022, 20:50. Разместил: admin
Qəbələ rayonunda yerləşən bazarda güclü yanğın başlayıb.

“Azadsəs.az”ın məlumatına görə, yanğın rayonun ən böyük qəsəbələrindən biri olan Vəndamdakı bazarında baş verib.

Hazırda bazarda yerləşən 11 mağaza yanır. Hadisə yerinə Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğının qarşısının alınması istiqamətində işlər aparılır.

***

Yanğın söndürülüb. 12 ərzaq və geyim mağazası yanıb. Yanğının səbəbi araşdırılır.

***

FHN də yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, Vəndam qəsəbəsində ümumi sahəsi 1000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (aptek, mağaza və.s) ibarət tikilinin yanar konstruksiyaları 400 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Вернуться назад