Главная > Hadisə > Nərimanov rayonunda bir neçə nəfər zəhərlənib

Nərimanov rayonunda bir neçə nəfər zəhərlənib


4-02-2022, 19:21. Разместил: azadses
Bakının Nərimanov rayonunda dəm qazından 3 zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, Elçin İsaqzadə küçəsində 1964-cü il təvəllüdlü Abdulrəhimova Gözəl Dərviş qızı, Böyükşor qəsəbəsində 1999-cu il təvəllüdlü Həsənov Nizami Xudayar oğlu və Heydər Əliyev prospektində 1983-cü il təvəllüdlü Məcidova Lamiyə Səxavət qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisələrin təfərrüatı araşdırılır.


Вернуться назад