Главная > Hadisə > 32 yaşlı kişi bıçaqlanaraq qətlə yetirildi

32 yaşlı kişi bıçaqlanaraq qətlə yetirildi


30-01-2022, 21:27. Разместил: admin
Yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəbəsində 25.12.1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon Prokuroluğundan "Azadsəs.az"a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Вернуться назад