Главная > Hadisə > Yataq xəstəsi olan qadın yanaraq öldü

Yataq xəstəsi olan qadın yanaraq öldü


22-01-2022, 08:30. Разместил: admin
Masallı rayonunda yataq xəstəsi olan qadın yaşadığı evdə yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Azadsəs.az”a verilən məlumata görə, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Ümumi sahəsi 63 m² olan 2 otaqlı evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və dam örtüyü 40 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Ələkbərova Cənnət Yaqub qızının (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə bağlı təhqiqat aparılır.
Вернуться назад