Главная > Hadisə / Manset > Cəlilabadda ağır qəza ölənlərin adları açıqlandı - Yenilənib

Cəlilabadda ağır qəza ölənlərin adları açıqlandı - Yenilənib


8-01-2022, 22:23. Разместил: admin
Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

"Azadsəs.az" xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndi ərazisində olub.

İlkin məlumata görə, "VAZ 2107"nin "Kon" markalı ekskvatorla toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabadda qəzada ölən və yaralıların şəxsiyyəti məlum olub.

Ölənlər - minik avtomobilin sürücüsü, Cəlilabad rayonun sakinli 1954-cü il Xubalıyev Böyükxan İsrafil oğlu və sərnişini Yaxşıxanım Ağayevadır.

Minik avtomobilində yaralanan sərnişinlər isə Cəlilabad rayon sakinləridir.

Bunlar 1955-ci il təvəllüdlü Xubalıyeva Gülarə Əliyusif qızı, 1983-cü il təvəllüdlü Quliyeva Kəmalə Böyükxan qızı və 1966-ci il təvəllüdlü Muradova Səadət Həsənağa qızıdır.

Hadisə şahidlərinin sözlərinə görə, qəzanın baş verməsinə əsas səbəb “Kon” markalı avtomobilin qaranlıq yolda işıqsız vəziyyətdə hərəkət etməsi olub.
Вернуться назад