Главная > Hadisə > Azərbaycanda 3 kişi eyni evdə dəm qazından öldü

Azərbaycanda 3 kişi eyni evdə dəm qazından öldü


7-01-2022, 13:32. Разместил: admin
Abşeron rayonunda 3 kişi eyni evdə dəm qazından boğularaq ölüb. Hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Azadsəs.az”a bildirilib ki, yanvarın 6-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Ölən şəxslərin həmin evdə kirayədə yaşadıqları bildirilir.
Вернуться назад