Главная > Hadisə > Sərxoş olub yataqxananı yandırdı, zəhərlənənlər var - Fotolar

Sərxoş olub yataqxananı yandırdı, zəhərlənənlər var - Fotolar


29-12-2021, 09:37. Разместил: admin
Şirvanda sərxoş vəziyyətdə olan şəxs yataqxanada yanğın törədib.

"Azadssəs.az"ın APA-ya istinadən məlumatına görə, hadisə Şirvan şəhəri Fariz Eynullayev küçəsi 13 ünvanında yerləşən yataqxanada qeydə alınıb.

Hadisə kişinin yaşadığı beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsindəki mənzildə təşkil olunmuş içki məclisindən sonra baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və başqa mənzillərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı mənzilləri bürüyən tüstüdən üç nəfər zəhərlənərək Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Yataqxana sakinləri müvəqqəti olaraq binadan təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.




Вернуться назад