Главная > Hadisə > İtkin düşmüş şəxs məsciddən oğurluq etdi

İtkin düşmüş şəxs məsciddən oğurluq etdi


27-12-2021, 14:21. Разместил: admin
Masallı rayonunda məsciddən oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat xidmətindən "Azadsəs.az"a verilən məlumata görə, Rayon Polis Şöbəsinə dekabrın 24-nə keçən gecə Boradigah qəsəbəsi ərazisində yerləşən məsciddən 1 ədəd plafon, 1 ədəd elektron saat, 3 ədəd fləşkart, 1 ədəd açar dəsti və 1 ədəd mikrofonun oğurlanması barədə məlumat daxil olub.

Oğurluq əməlini törətməkdə şübhəli bilinən Viravul kənd sakini Z.Nəzərli və Lənkəran şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş M.Əsədzadə müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar Z.Nəzərlinin itkin kimi axtarışda olması da müəyyən edilib.
Вернуться назад