Главная > Hadisə > 13 yaşlı oğlan istirahət zamanı öldü

13 yaşlı oğlan istirahət zamanı öldü


6-12-2021, 12:22. Разместил: admin
Qusar rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Azadsəs.az” xəbər verir ki, hadisə dekabrın 5-də rayonun Laza kəndində qeydə alınıb. Yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb.

Hadisəni Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo"ya təsdiqləyiblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Вернуться назад