Главная > Hadisə > Zaqatalada evdə partlayış, xəsarət alanlar var

Zaqatalada evdə partlayış, xəsarət alanlar var


28-11-2021, 20:42. Разместил: admin
Zaqatalada qaz sızmasından partlayış baş verib, üç nəfər xəsarət alıb.

"Azadsəs.az"ın məlumatına görə, hadisə günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini, 1955-ci il təvəllüdlü Gülçöhrə Mahmud qızı Balakişiyevaya məxsus fərdi yaşayış evində qaz sızması səbəbindən partlayış olub.

Anidən baş verən partlayış nəticəsində qaz sobasının yerləşdiyi otaqda olan Gülçöhrə Balakişiyeva, 1967-ci il təvəllüdlü Ramiz Tapdıq oğlu Umaxanov və 1957-ci il təvəllüdlü Abdurahman Araz oğlu Balakişiyev müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hər üç yaralıya 2-3-cü dərəcəli termiki yanıq xəsarətləri dioqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад