Главная > Hadisə > Xaçmazda kürəkən qaynını yaraladı

Xaçmazda kürəkən qaynını yaraladı


18-04-2020, 12:00. Разместил: azadses
Xaçmazda öz qaynına tüfənglə xəsarət yetirmiş yeznə saxlanılıb. Azad Səs-in məlumatına görə, hadisə rayonun Ağtala kəndində qeydə alınıb.
Kənd sakini Fazil Bəybala oğlu Quliyev sərxoş halda öz qaynı, 26 yaşlı Murad Rəsul oğlu Allahverdiyevə bud sümüyündən tüfənglə xəsarət  yetirib. Yaralı dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisəni törədən Fuad Quliyevin hadisədə istifadə etdiyi "Toz-16"markalı tüfəng maddi sübut kimi  götürülüb.
Fakta görə araşdırma başlanılıb.
Вернуться назад