Главная > Hadisə > Avropa çempionu Elçin Əlibəylini döyüb, təcili əməliyyat olunmalıdır

Avropa çempionu Elçin Əlibəylini döyüb, təcili əməliyyat olunmalıdır


5-11-2019, 12:08. Разместил: azadses
Olimpiya çempionu Namiq Abdullayevin qardaşı, Natiq Abdullayev tanınmış teleaparıcı Elçin Əlibəylini döyüb.

Azadses BAKU.WS-ə istinadən
xəbər verir ki, Əlibəyli bu barədə sosial şəbəkədə məlumat yayıb:

"Oktyabrın 19-u qonşum tərəfindən siyasi motivlərə görə döyülsəm də bu günə kimi döyən şəxsin Olimpiya çempionu Namiq Abdullayevin qardaşı olması hesabına DİN susur. Bu ölkədə haqq-ədalət yoxdur nəticəsinə gəlirəm.


Döyülmək və söyülmək davası deyil, mənim davam, avropa çempionu olan qonşum fənd işlədərək, təpiklə mənim əmilliyyatdan yenicə çıxdığım yırtıq (qrija) partlatması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir.

Təcili əmiliyyat olunmalıyam, amma mən bu yazını yazanda belə ağrıkəsici iynənin təsiri ilə yazıram".
Вернуться назад