Главная > Hadisə > Bakıda 64 nəfər qarda yıxılaraq xəsarət alıb

Bakıda 64 nəfər qarda yıxılaraq xəsarət alıb


25-02-2021, 08:53. Разместил: azadses
Bakıda qarlı havada yıxılaraq xəsarət alanların sayı 64 nəfərə çatıb.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, fevralın 24-dən etibarən 35 kişi, 29 qadın hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb. 


Вернуться назад