Главная > Hadisə > Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var


20-02-2021, 13:53. Разместил: azadses
Qazax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunun Qazax rayonunun Daş Salahlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад