Главная > Hadisə > Biləcəridə 14 yaşlı yeniyetmə beşbarmaqla döyüldü

Biləcəridə 14 yaşlı yeniyetmə beşbarmaqla döyüldü


14-02-2021, 09:42. Разместил: azadses
Bakıda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.
2007-ci il təvəllüdlü Rəhimli Fərid Üzeyir oğlu qəsəbənin “Dəmiryol park” deyilən ərazisində tanımadığı şəxs tərəfindən beşbarmaqla döyülüb.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.

Вернуться назад