Главная > Hadisə > Zaqatalada evdən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb-Foto

Zaqatalada evdən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb-Foto


3-03-2020, 15:31. Разместил: azadses
Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən “isti izlər”lə və peşəkarlıqla həyata keçirilən istintaq - əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər, zərərçəkmişin həmkəndliləri-əvvəllər də dəfələrlə oğurluğa görə məhkum olunmuş E.Canımov və S. Mahmudov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olub həmin evdən oğurluq ediblər. Oğurlanan qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.














Вернуться назад